Türkiyə millisi “Bakı”ya “hə” dedi, Bundestim isə hələ fikirləşir
28.06.2010 - 16:02
Türkiyə millisi “Bakı”ya “hə” dedi, Bundestim isə hələ fikirləşir
Türkiyə yığması Avro-2012 seçmə mərhələsində Azərbaycanla oyunun hazırlığını “Bakı” klubunun bazasında keçirəcək. Apasport.az saytının xəbərinə görə, Türkiyə Futbol Federasiyasının (TFF) milli komandalar şöbəsinin müdiri Tan Kesler “Bakı” klubunun təlim-məşq bazası ilə tanış olub və şəraitdən razı qalıb. Əldə olunmuş razılığa əsasən, Türkiyə millisi oktyabrın 10-da Bakıya gələrkən, paytaxt komandasının bazasında məskunlaşacaq.

Almaniya millisi də analoji addım atmaq niyyətindədir. Dünya çempionatı başa çatdıqdan sonra Bundestimin menecerləri “Bakı” klubunun bazasına baş çəkəcəklər. Razılıq əldə olunarsa, Almaniya yığması 07.06.2011-ci il tarixdə keçiriləcək Azərbaycan – Almaniya oyununa “Bakı”nın bazasında hazırlaşacaq.

fcbaku.com