“Beşiktaş”la oyun hardasa reklam xarakterlidir”
28.06.2010 - 16:51
Azərbaycan yığmasının və “Neftçi” klubunun futbolçusu Ruslan Əmircanovun apasport.az saytına müsahibəsi
- Məşqlər necə gedir?
- Hər şey qaydasındadır. Müqavilə ilə kluba məxsus bütün futbolçular hazırlıqda iştirak edirlər. Gündə 2 dəfə - səhər fiziki, axşam isə topla hazırlıq keçirik. Çünki Avstriyada artıq yoxlama oyunlarına başlayacağıq. Ciddi hazırlaşırıq. Yeni oyunçular da yavaş-yavaş komandaya uyğunlaşırlar. Bəzi klublarda legionerlərə düşmən kimi baxsalar da, bizdə vəziyyət fərqlidir. Hamı eyni məqsəd uğrunda mübarizə aparır.
- Zədəli olduğunuz üçün kollektivlə birgə hazırlığa qatılmırdınız. Zədəniz ciddidirmi?
- Zədəm var. Ayağımda ağrılar hiss etdiyimdən həkimlər zədəmi gərginləşdirməmək üçün ayrıca məşq etməyimi istəmişdi. Ona görə də, trenajor zalında hazırlaşırdım. Artıq problem yoluna qoyulub. Sabahdan komanda ilə birgə məşqlərə qoşulacağam. Yəni zədə ciddi deyil.
- Hazırlıq prosesində bu cür problemlə üzləşməyiniz çempionat zamanı çətinlik yaratmayacaq?
- Buraxdığım məşqlərin hamısını edəcəyəm. Artıq məşqçi ilə danışmışam. Arxada qalan bir həftə ərzində uşaqların etdiyi fiziki təmrinləri mən də yerinə yetirəcəyəm. Bunun çempionat oyunlarında problem yaratmayacağını düşünürəm.
- İyulun 1-də komanda Avstriyaya gedəcək. Sparrinq-rəqiblər də artıq dəqiqləşib. Bu oyunlar barədə nə deyə bilərsiniz?
- Elə komanda seçiblər ki, hamısı güclüdür. Təbii ki, bu da bizim xeyrimizə olan amildir. Zəif rəqibi udub, çempionatda yenilməkdənsə, güclülərlə oynayıb, nəyə qadir olduğumuzu müəyyənləşdirməliyik. Əlbəttə, çatışmazlıqlarımız var, amma bunu aradan qaldırmaq üçün də kifayət qədər vaxtımız var. Bəli, yoxlama oyunlarında nəticə vacib deyil. Lakin gedib böyük hesabla yenilmək də klubun imicinə yaraşmaz. Hər halda, oyunlar zamanı nəyə qadir olduğumuzu nümayiş etdirəcəyik.
- Rəqiblərdən biri də “Beşiktaş”dır. İstanbul təmsilçisi ilə oyun hardasa reklama da xidmət edirmi?
- “Beşiktaş” digər rəqiblərimizdən daha güclü və tanınmışıdır. Yəqin bu oyun, hardasa reklam xarakteri də daşıyır. Bu komanda bizdən daha səviyyəli və güclü futbolçulardan qurulub. Təbii ki, belə oyunlar zamanı vaxt öldürmək olmaz. Onlardan nəsə öyrənməyə çalışmalıyıq.
- Siz yığmanın son toplanışında iştirak etmisiniz. Yəqin fiziki baxımdan elə də axsamırsınız?
- Avstriyadakı oyunlardan sonra, Almaniyada test-normativ verdik. Orada futbolçuların fiziki cəhətdən hazırlıqlı olub-olmadıqlarını yoxladılar. Həmin vaxt müəyyən qədər yorğunluğun olmasına baxmayaraq, özümüzü yaxşı cəhətdən göstərdik. Rail Məlikovla mən bir qrupda idim. Normativdən sonra yığmanın baş məşqçisi Berti Foqts yaxınlaşıb, razılığını bildirdi. Vətənə döndükdən sonra isə çox dincəlməmişəm. Düzdür, indi tam formada deyiləm, lakin çox geri də qalmamışam.
- Yeri gəlmişkən, yığmaya çağırıldıqdan sonra klub rəhbərliyinin sizə münasibəti dəyişibmi?
- İndiyə qədər hansı klubda oynamışamsa, rəhbərliklə heç bir problemim olmayıb. O cümlədən də “Neftçi”də. Sadəcə, yığmaya çağırılmağım rəhbərliyi sevindirib. Çünki millidən “Neftçi”nin üzvlərinin sayı artıb.
- Bu gün “Neftçi”nin müdafiə xəttində rəqabət varmı?
- “Neftçi”nin müdafiə xətti həmişə etibarlı oyunu ilə seçilib. Mövsüm bitdikdən sonra Valeri Abramidze komandadan ayrıldı, əvəzində Denis Silva gəldi. Yəni rəqabət həmişə olmalıdır. Yoxsa, futbolçu əlini qulağının dibinə qoyub yatar. Ancaq əsas heyətə düşməmək qorxusu olan vaxt, o, daim məşq edəcək və artıracaq.
- 2 gündən sonra avrokuboklara start verilir. Necə düşünürsünüz, “Xəzər-Lənkəran” və “Qarabağ” mərhələ adlaya biləcək.
- Hər ikisinin qələbə qazanacağına inanıram.
- “Neftçi”nin qitəmiqyaslı oyunları kənardan izləməsi futbolçularda hansı duyğular yaradır?
- Biz də avrokuboklara vəsiqə qazanmaq üçün mübarizə apardıq, ancaq nəticə qazana bilmədik. Bu də futbolçuların səhvi oldu. İtirdiyimiz xalların acısını yaşadıq. Kənarda qaldığımıza görə, heyfslənməmək olmur. İnşallah, yeni mövsümdə bunun əvəzini çıxarıq.

0
0