“Qalatasaray” dünya nəhənglərini kölgədə qoydu!
28.06.2010 - 17:50
 “Qalatasaray” dünya nəhənglərini kölgədə qoydu!
“Qalatasaray” dünyanın ən çox izlənən idman klubları siyahısında ikinci yerdədir. Lent.az-ın “Milliyət” qəzetinə istinadən verdiyi məlumata görə, internetdə “Facebook” və “Twitter” kimi sosial şəbəkələrdə aparılan sorğunun nəticəsi bunu ortaya çıxarıb.

Virtual dünyada ən çox izlənilən idman klubu isə ABŞ-da son iki ildə basketbol üzrə ölkə çempionu titulunu qazanmış Los Ancelsin “Lakers” klubu olub.

“Lakers”i 1 milyon 512 min 390 “Facebook”, 1 milyon 574 min 55 “Twitter” istifadəçisi izləyir. ABŞ-ın bu basketbol klubunun populyarlığı 49,48 faizdir. Yəni “Facebook” və “Twitter”ə üzv olan hər 2 nəfərdən biri “Lakes”in azarkeşidir. “Qalatasaray”ın isə “Facebook”da 3 milyon 363 min 585 azarkeşi var. Yəni Türkiyə klubu “Facebook” “Lakers”i açıq fərqlə üstələyib. “Qalatasaray”ın hələ 3 həftə əvvəl “Twitter”də açılmış səhifəsinə isə 15 min 384 nəfər daxil olub. Bu istifadəçilərin sayının sürətlə artacağı və “Qalatasaray”ın bu sosial şəbəkədə də liderliyə yüksələcəyi proqnozlaşdırılır. Hazırda isə hər iki sosial şəbəkədəki rəqəmlər cəmləndikdə, “Qalatasaray” 38,39 faiz göstərici ilə populyarlığına görə “Lakers”dən sonra ikinci sırada yer alıb.

“Facebook” və “Twitter” kimi sosial şəbəkələrdə aparılan sorğu göstərib ki, 38,39 faiz populyarlıqda “Qalatasaray” elə indidən dünyanın ən çox izlənən futbol klubudur. “Qalatasaray”ı “Real”, “Barselona” və “Liverpul” futbol komandaları izləyir. “Beşiktaş” klubu 6-cı sırada yer alıb.