Yatsek Zelinski: Heç kim bizə mane olmur
28.06.2010 - 23:55
Yatsek Zelinski: Heç kim bizə mane olmur
“Avstriyada keçirilən təlim-məşq toplanışından çox razıyam. Hər şey əladır. Biz isə sadəcə olaraq Çempionlar Liqasının II təsnifat mərhələsində Bakının “İnter” klubunu keçməliyik”. Apasport.az saytının məlumatına görə, bu fikirlər Polşanın “Lex” klubunun baş məşqçisi Yatsek Zelinskiyə məxsusdur.

“Avrokuboklara gündə iki dəfə məşq etməklə hazırlaşacağıq. Dörd yoxlama oyunu keçirmək haqda razılıq əldə etmişik. Texniki, taktiki hazırlıq üzərində hələ Polşada olarkən çalışacağıq. İndi biz bunu daha da təkmilləşdirməliyik. İnanıram ki, zəhmətimizin bəhrəaini görəcəyik. Ən əsası isə bizə burada eksklüziv meydança verilib. Bizdən başqa heç kim orada məşq edə bilmir. Yəni, Çempionlar Liqası hazırlıqlarımıza mane olan yoxdur”.