“Bakı” alman klubunun qapısından 17 cavabsız qol keçirdi
28.06.2010 - 23:56
Almaniyada növbəti mövsümə hazırlığını davam etdirən “Bakı” ilk yoxlama görüşündə qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, yeni baş məşqçi Vinfred Şaferin rəhbərliyi altında ilk oyununa çıxan paytaxt klubu bu ölkənin cənub zonası üzrə dördüncü dəstəsində yarışan “SG-BOB” komandası ilə qarşılaşıb.
Azərbaycan kubokunun sahibinin tam üstünlüyü şəraitində keçən oyunda futbolçularımız rəqib qapısından 17 cavabsız top keçiriblər. Komandamızın qollarına Jaba (3), Vyaçeslav Sofroni (2), Joel Epalle (2), Aleksandr Soliç (2), Fabio Luis Ramim (2), Vadim Borets (2), Stevan Bates, Əziz Quliyev, Adnan Bərəkət və Hacı Əhmədov imza atıblar.
Qeyd edək ki, Şaferin yetirmələri növbəti oyununu iyulun 4-də ikinci Bundesliqa təmsilçisi “Koblents”ə qarşı keçirəcək.

0
0