“İnter”in futbolçusu tapança ilə yaxalandı
29.06.2010 - 00:49
“İnter”in futbolçusu tapança ilə yaxalandı
İtaliyanın “İnter” klubunun futbolçusu Mario Balotelli kuryoz hadisənin “qəhrəman”ı olub. Apasport.az saytının məlumatına görə, 20 yaşlı hücumçu Milanın küçələrində polis tərəfindən saxlanılıb. Buna onun dostaları ilə əylənməsi səbəb olub.

Mario şənlənmək istədiyi yaxınları ilə şəhərin küçələrinə düşüb, əllərindəki tapançalardan atəş açırlarmış. Bunu görənlərdən biri polis çağırmağı lazım bilib. Asayiş keşikçiləri hadisə yerinə çatıb futbolçunu saxlamaq qərarına gəliblər. Məlum olub ki, Ballotelli və dostları plastmas oyuncaq tapançalarla oynayırmışlar.