Mahir Şükürov 90 dəqiqə oynadı, “Anji” qələbə qazandı
29.06.2010 - 00:28
Mahir Şükürov 90 dəqiqə oynadı, “Anji” qələbə qazandı
Yığma komandamızın da formasını geyinən Mahir Şükürovun üzvü olduğu “Anji” klubu Avstriyadakı təlim-məşq prosesini davam etdirir. Apasport.az saytının xəbərinə görə, Mahaçqala təmsilçisi növbəti yoxlama oyununu keçirib. Sparrinq-rəqib Təl-Əviv təmsilçisi “Hapoel” olub. Oyun 1:0 hesabı ilə başa çatıb. Josanın vurduğu qolla qələbəni “Anji” bayram edib. Baş məşqçi Hacı Hacıyev ilk dəqiqədən Mahir Şükürovu meydana buraxıb. Müdafiəçi 90 dəqiqə komandasına kömək edib.