“İnter”in rəqibi Azərbaycan yığmasına tanış məkanda
29.06.2010 - 10:04
Çempionlar Liqasının II təsnifat mərhələsində Bakının “İnter” klubu ilə qarşılaşacaq Polşanın “Lex” komandası bu gün növbəti yoxlama oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, bu, Avstriyadakı təlim-məşq toplanışında Poznan təmsilçisinin ilk yoldaşlıq görüşü olacaq.
Yatsek Zelinski yetirmələrini Slovakiyanın “Slovan” klubu ilə qarşılaşmada sınayacaq. Bu matç yığmamıza tanış olan Zeekirhen şəhərinin stadionunda baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, ötən ay millimizin Moldova ilə yoxlama oyunu da bu arenada keçirilmişdi. Yeganə qolumuzu Elvin Məmmədovun vurduğu həmin görüş 1:1 hesabı ilə başa çatmışdı.

0
0