Tofiq Bəhramovun oğlu: Uruqvaylı hakim atam kimi məşhur olmayacaq - MÜSAHİBƏ
29.06.2010 - 11:12
“Sovetskiy Sport” qəzetinin bugünkü sayında məşhur azərbaycanlı hakim, mərhum Tofiq Bəhramovun oğlu Bəhram Bəhramovun müsahibəsi dərc olunub. Apasport.az saytının məlumatına görə, dünya çempionatında Almaniya - İngiltərə matçında (4:1) sayılmayan qoldan sonra yada düşən referimiz artıq xeyli vaxtdır dünyasını dəyişdiyindən, övladı rus həmkarlarımızın diqqət mərkəzinə düşüb.
- Bütün Azərbaycan evimə zəng edir. Hamı deyir ki, Tofiq Bəhramov sağ olsaydı, bu qolu sayardı. Mən də onunla razıyam.
- Yan xətt hakiminə qolu görməyə nə mane oldu?
- Bilmirəm. Görünür, zəif hakim idi, epizodu görə bilmədi.
- Almaniya yığmasının baş məşqçisi Yoahim Löv oyunun fasiləsində futbolçularına deyib ki, tarixi ədalət indi bərqərar olundu...
- Hər şey aydındır: almanlar həmin vaxt sübut edirlər ki, qol yox idi, onlar ədalətsiz uduzdular. O vaxt indiki kimi texnika yox idi. Hər şeyi dəqiqliyinə kimi görmək qeyri-mümkün idi. Ona görə, qolun olub-olmamağı kimi söhbətlər çətin ki nə vaxtsa bitsin.
- Atanız topun qapı xəttini keçməsinə yüz faiz əmin idi?
- Bəli. O danışırdı ki, bunu torun özünə xas şəkildə yellənməsi ilə müəyyənləşdirib. Onlar həmin vaxt neylon, çox həssas idi. Bəli, sonradan top meydana sıçradı və alman müdafiəçilər onu uzaqlaşdırdılar. Ancaq top qapıda olmuşdu.
- İndi yan xətt hakimi Espinoza necə yaşasın?
- O itkin düşüb... Həm ona, həm də baş kim Xorxe Larriondaya məsul oyunlar çətin verilsin. Ola bilsin, bu qol onların karyeralarının üstündən xətt çəkdi. Əgər hakim qolu saysaydı, yəqin, oyun başqa cür gedərdi. İngilislər ruhlanar və çətin ki boşalardılar...
- Atanız İngiltərədən qayıdandan sonra həyəcan keçirirdi?
- Belə vəziyyətə düşən hər bir insan kimi. Ancaq istənilən halda, özünə əmin idi. Atam sonradan avrokuboklarda məsul oyunlara, Qitələrarası kubok uğrunda “Ayaks” – “İndependentye” görüşünə təyinat aldı.
- Futbolçular, yaxud məşqçilərdən kimsə ona bu qolu xatırladırdı?
- Yox. Yalnız qolu vuran Ceffri Herst 2004-cü ildə Bakıda atamın heykəlinin açılışında həmin epizodu ətraflı təsvir edirdi. Onda İngiltərə və Azərbaycan yığmaları 2006-cı il dünya çempionatının seçmə mərhələsində bir qrupda oynayırdı.
- Sizdə 1966-cı il dünya çempionatının final oyunun fotoları, videosu varmı?
- Əlbəttə.
- Tez-tez baxırsınız?
- (gülür) Mən artıq hər şeyi əzbər bilirəm.
- Bəhramov SSRİ-də, elə bütün dünyada olduğu kimi, Espinoza da vətənində məşhur olacaqmı?
- Fikrimcə, yox. Axı o səhvə yol verdi, atam isə düzgün qərar qəbul etdi.
- Hakimlərə belə vəziyyətlərdən sonra hədələr edilməsi mümkündür?
- Əgər dünya çempionatı İngiltərə keçirilsəydi, onda yəqin ki hə. Ancaq onlar Afrikada oynayırdı, buna görə də çətin...
- Atanızı hədələyirdilər?
- Həmin oyunda Zeelerlə Haller atamın niyə qol saydığını aydınlaşdırmağa çalışırdı. Qolun ləğv olunmasını tələb edirdilər. Düzdür, Zeller oyundan sonra atama yaxınlaşaraq, bütün komanda adından üzr istədi. İsveçrədən olan baş hakim Dinst isə atama demişdi: “Cənab Bəhramov, siz mənim adımı xilas etdiniz”.
- Tofiq xarici dilləri bilirdi?
- Əlbəttə, kamilliyi ilə yox. Belə, ayrı-ayrı kəlmələri, ifadələri bilirdi.
- II Yelizaveta Bəhramova qalib komandaya verilən “Qızıl İlahə”nin nüsxəsini təqdim etdi. Sizcə, almanlar Espinozaya nəsə hədiyyə etməlidirlər?
- (gülür) Yaxşı sualdır. Qoy onlar buna qərar versinlər. Axı yan xətt hakimi Almaniyanın 1/4 finala çıxmasına faktiki kömək etdi.
- Necə hesab edirsiniz, video təkrarlar tətbiq edilməlidir?
- Əlbəttə! Axı top yarım metr qapı xəttini keçir, ancaq onu saymırlar. Onda hər şeyi santimetrlər həll edirdi. Atamı daha çox çətin idi, nəinki yan xətt hakiminə.
- Ancaq 1966-cı ildə belə video təkrarlar olsaydı, əfsanələr olmazdı. Azarkeşlər həmin epizodla bağlı demək olar yarım əsrdir mübahisə edir...
- Əvəzində indi təkrarlar var, ancaq hakimlər hətta aşkar qolları görmür...

0
0