Maluda Fransa yığmasını nokauta düşən boksçuya bənzətdi
29.06.2010 - 11:39
Fransa yığmasının yarımmüdafiəçisi Floran Maluda dünya çempionatında çıxışları ilə bağlı maraqlı şərh verib. Apasport.az saytının məlumatına görə, “Çelsi”in şərəfini qoruyan futbolçu mundialda iştiraklarını boksda nokauta düşən idmançı ilə müqayisə edib: “Həyatımda heç vaxt boksla məşğul olmamışam. Amma indi başa düşürəm ki, bu idman növündə sol əllə başa dəyən zərbədən sonra nokauta düşən hansı hissləri keçirir”.
Maluda bildirib ki, final mərhələsində yaşadığı günləri həyatında bir daha görmək istəmir: “Cənubi Afrika Respublikasında olanları xatırlamaq istəmirəm. Lakin onu deyə bilərəm ki, həmin hadisənin həyatımda təkrarlanmasını bir daha arzulamıram”.
Qeyd edək ki, Fransa yığma komandası dünya çempionatında zəif çıxışı və millinin heyətdə baş verən qalmaqalla yadda qaldı.

0
0