Cüneyt Biçər: Azərbaycanda çalışmaq fərqli təcrübə idi
29.06.2010 - 23:05
Cüneyt Biçər: Azərbaycanda çalışmaq fərqli təcrübə idi
“Azərbaycanda çalışmaq fərqli təcrübə idi. Biz yeni mühitdə işləməyə çalışırdıq. Fikrimcə, rəhbərlik bizim üçün yaxşı şərait yaratmışdı. Ümumiyyətlə, vaxtilə çalışdığım komanda Azərbaycan futbolunun gələcəyini düşünür”. Bu sözləri apasport.az saytına açıqlamasında "Bakı" klubunun sabiq baş məşqçisi Cüneyt Biçər deyib.

Türkiyəli çalışdırıcı həmyerlisi Bülənt Korkmazın gedişindən bir müddət sonra baş məşqçi postunu tutdu. Kluba Azərbaycan çempionatının gümüş medallarını və kuboku qazandırmasına rəğmən, "Bakı" onunla müqavilənin müddətini artırmadı. Buna baxmayaraq, Biçərin işsiz günləri az çəkdi.

Belə ki, Bank Asiya Liqasında mübarizə aparan "Altay" klubunun məşqçisi postuna dəvət olundu. Amma Biçər Azərbaycanı unuda bilmir: "Orada özümə dostlar qazandım. Ən böyük qazancım isə ailəmlə bağlıdır. Bunun mahiyyəti barədə danışmaq istəmirəm. Hər halda, bizim dinimiz və dinimiz birdir. Azərbaycanı özümə doğma ölkə hesab edirəm”.