“Liverpul”un yeni baş məşqçisi bəlli oldu
29.06.2010 - 23:10
İtaliya millisinin keçmiş baş məşqçisi Marçello Lippi CAR-da keçirilən dünya çempionatındakı uğursuzluqdan sonra özünə yeni iş yeri tapıb. Apasport.az saytının xəbərinə görə, təcrübəli çalışdırıcı karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Məşqçi bildirib ki, bir çox Avropa ölkələrindən təklif gəlsə də, məhz "Liverpul"u seçib: "Bilirəm ki, İngiltərə Premyer Liqasında uğur qazanmaq heç də asan olmayacaq. Lakin mən mümkün olacaq bütün titullara sahib çıxmaq üçün "Liverpul"a gəlmişəm. Buna nail olmaq üçün isə mənə bir qədər vaxt lazım olacaq".
Xatırladaq ki, dünənədək bu postu "Fulhem"in baş məşqçisi Roy Hocsonun tutacağı deyilirdi.

0
0