Semih Şəntürk son qərarını verdi
29.06.2010 - 23:08
Semih Şəntürk son qərarını verdi
Uzun müddətdir klubdan ayrılacağını bildirən "Fənərbaxça"nın futbolçusu Semih Şəntürk son qərarını verib. Apasport.az saytının xəbərinə görə, artıq istefaya göndərilmiş baş məşqçi Kristof Daum tərəfindən ehtiyat oyunçular skamyasında oturdulan futbolçu klubda qalmaq niyyətində olduğunu bildirib.

Daumun istefaya göndərilməsindən sonra Semih Şəntürkün müqaviləsinin sonunadək klubda qalacağı bildirilir. Futbolçunun klubla razılaşması isə gələn ilin may ayında başa çatır. Şəntürk Türkiyə yığmasının da heyətinə cəlb edilir. Futbolçu milli komandada 20 matçda meydana çıxaraq 7 qol vurub.