“Bakı” klubunun inzibatçısı Almaniyada qəza törətdi
29.06.2010 - 23:02
“Bakı” klubunun inzibatçısı Almaniyada qəza törətdi
Almaniyada təlim-məşq toplanışında olan “Bakı” klubunun futbolçuları hazırlıq keçməklə yanaşı, əyləncəyə də vaxt ayırırlar. Apasport.az saytının xəbərinə görə, baş məşqçi Vinfred Şafer futbolçuların vaxtlarını səmərəli keçirmələri üçün axşam saatlarında onları kartinq mərkəzinə aparıb.
Burada futbolçu və məşqçilər xüsusi avtomobillərdə məharətlərini göstəriblər.

Əvvəlcə sınaq tipli yürüşlərdən sonra yarış təşkil olunub. Adnan Bərəkət hamıdan sürətli olub. Jaba uzun müddət Adnana müqavimət göstərməyə çalışsa da, sonda Emin Cəfərquliyevlə toqquşaraq, mübarizəni dayandırıb.
Klubun inzibatçısı Baxşəli Baxşəlizadə isə ağır qəza törətməklə, komanda üzvlərini narahat edib.

Yarışa gəlincə, kartinqdə Adnan Bərəkət birinci, məşqçi Mano Polkinq isə ikinci olub.

Mənbə: bakufc.az