Braziliyalı futbolçunun “Neftçi” klubuna keçidi baş tutmadı
29.06.2010 - 23:17
Braziliyalı futbolçunun “Neftçi” klubuna keçidi baş tutmadı
Bakının “Neftçi” komandasının mövsümlərarası fasilədə transfer etmək istədiyi braziliyalı futbolçunun keçidi baş tutmayıb. Apasport.az saytının Braziliya mətbuatına istinadən xəbərinə görə, “Qremio Prudente” klubunda oynayan Uesli Barbosa de Moraeş karyerasını paytaxt təmsilçisində davam etdirə bilməyəcək.

Buna səbəb kimi, 29 yaşlı hücuma meylli yarımmüdafiəçi ilə “Neftçi” rəhbərliyinin razılığa gələ bilməməsi göstərilir.

Qeyd edək ki, 175 sm boya, 65 kq çəkiyə malik Uesli “Qremio Prudente”yə keçdiyi 2010-cu ilin əvvəlinədək vətənində “Rio-Preto”, “Mirassol”, Cənubi Koreyada “Çunnam Draqons”, Portuqaliyada “Pakuş de Ferreyra”, “Leyşoynş”un şərəfini qoruyub. Bu il oynadığı komandada San-Paulu ştatının çempionatında 17 görüşə 4 qol vurmaqla yanaşı, A seriyasında 5 dəfə meydana çıxıb.