Yatsek Zelinski hücumçuları tənqid atəşinə tutdu
30.06.2010 - 10:49
Çempionlar Liqasının II təsnifat mərhələsində Bakının “İnter” klubu ilə qarşılaşacaq “Lex”in hücum xəttində problemlər var. Apasport.az saytının məlumatına görə, Polşa çempionunun baş məşqçisi Yatsek Zelinski yetirmələrinin ön xətdəki oyunundan narazıdır.
O, Poznan təmsilçisinin Slovakiyanın “Slovan” klubu ilə görüşündən sonra hücumçularını tənqid atəşinə tutub: “Güclü rəqiblə oynamaq çox xoş idi. Demək olar ki, tropik şəraitdə oynayırdıq. Birinci hissədə daha yaxşı oynadıq. Fasilədən sonra qarışıqlıq hökm sürürdü. Müdafiədə işimizin öhdəsindən gəlməyi bacarırdıq. Hücumda isə işlərimiz pis gedirdi. Amma məncə, bu problem müvəqqətidir”.
Qeyd edək ki, “İnter” və “Lex” arasında ilk oyun iyulun 13-də keçiriləcək.

- Salah matçın ən yaxşısı seçildi - Misir 1/8 finala yüksəldi
- Alfaro Fransanı tufana bənzətdi - “İldırımdan necə qorunacağımızı tapmalıyıq”
- Fatih Tekke Buaddiyə heyran qaldı - Qiymətini görüb zarafata saldı
- UEFA-dan yeni qərar - Ağzını bağlayan futbolçu qırmızı almayacaq
- Onana yenidən Türkiyə klubunda - “Mançester Yunayted” açıqladı
0
0