“Uesli Barbosa de Moraeşin “Neftçi”yə keçidinə icazə vermişdik”
30.06.2010 - 11:13
“Uesli Barbosa de Moraeşin “Neftçi”yə keçidinə icazə vermişdik”
“Komandamızın rəhbərliyi Uesli Barbosa de Moraeşin “Neftçi”yə keçidinə icazə vermişdi. Lakin bu transfer baş tutmadı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Braziliyanın “Qremio Prudente” klubunun texniki direktoru Dieqo Cerri deyib.

Cerri Bakının “Neftçi” klubuna keçdiyi hələ iki həftə əvvəl elan olunan Uesli Barbosa de Moraeşin yenidən əvvəlki komandasına qayıdışına aydınlıq gətirib.

Onun sözlərinə görə keçidin baş tutmamağı onlardan asılı olmayan səbəblərlə bağlıdır: “Bizim futbolçu ilə müqaviləmizdə belə bir bənd var idi ki, xaricdən təklif alacağı halda onu buraxacağıq. Uesli “Neftçi”dən təklif alan kimi də bu bəndə əməl etdik. Lakin futbolçunun nümayəndələri ilə Azərbaycan klubu arasında razılıq əldə olunmadı. Belə olan halda, futbolçumuz yenidən “Qremio Prudente”yə bərpa olundu. O, bizim oyunçudur”.

Qeyd edək ki, Uesli “Qremio Prudente”yə keçdiyi 2010-cu ilin əvvəlinədək vətənində “Rio-Preto”, “Mirassol”, Cənubi Koreyada “Çunnam Draqons”, Portuqaliyada “Pakuş de Ferreyra”, “Leyşoynş”un şərəfini qoruyub.