Miroslav Kloze Azərbaycana gəlməyə razılaşdı
30.06.2010 - 17:42
Miroslav Kloze Azərbaycana gəlməyə razılaşdı
Almaniya yığmasının hücumçusu Miroslav Kloze milli komandada çıxışını davam etdirəcək. Apasport.az saytının məlumatına görə, az öncə dünya çempionatı başa çatdıqdan sonra yığma karyerasını bitirəcəyini açıqlayan Kloze qərarını dəyişib.

Məşhur futbolçu bildirib ki, buna səbəb Avro-2012-nin Ukrayna və Polşada keçirilməsidir: “Mən yığma karyeramı bitirmək istəsəm də, bu planı həyata keçirməyəcəyəm. Çünki növbəti Avropa çempionatının final mərhələsinin bir çox oyunları mənim doğulduğum və hazırda ailəmin yaşadığı Polşada baş tutacaq. Mən buranı bəyənirəm və millətimi çox sevirəm. Bunun üçün millidə çıxışımı davam etdirəcəyəm”.

Qeyd edək ki, Klozenin şərəfini qoruduğu Almaniya yığma komandası Avropa çempionatının seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alıb.