“Bakı” Almaniyanı Lüksemburqa dəyişir
30.06.2010 - 17:50
Hazırlıqlarını Almaniyada davam etdirən “Bakı” klubunun planlarında müəyyən dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin 3 yoxlama oyunu keçirəcəyi nəzərdə tutulsa da, bunların sayında dəyişiklik edilib.
Belə ki, 2 gün öncə “SG-BOB” klubuna 17:0 hesabı ilə qalib gələn “Bakı” “Koblents” və “Köln”lə yanaşı, Lüksemburq çempionu “Jeunesse Esch” klubu ilə də qüvvəsini sınayacaq. Qarşılaşma iyulun 6-da Lüksemburqda baş tutacaq.
Qeyd edək ki, Vinfred Şaferin yetirmələri iyulun 4-də Koblents şəhərində eyniadlı komanda ilə, 4 gün sonra isə “Köln”lə görüşəcək.
Mənbə: fkbaku.com

- “Roma” Ostervolde transferindən imtina etdi – Futbolçu “Fənərbaxça”ya qayıdır
- UEFA İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəkləməyəcək
- UEFA İnfantinodan əl çəkmir – FIFA prezidentini devirmək üçün yeni plan
- “Fənərbaxça” – “Lion” matçından sonra gərginlik - 6 nəfər saxlanılıb
- "Atletiko" açıqladı: ALVAREZ SATILMAYACAQ
0
0