Aslan Kərimov: Belə baxanda, biz zəiflər sırasındayıq
30.06.2010 - 23:51
“Komanda haqda geniş məlumatımız yoxdur. Sadəcə uzaq məsafədən çəkilən oyunun lent yazısına baxmışıq”. Bu sözləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun kapitanı Aslan Kərimov deyib.
Təcrübəli futbolçu komandasının bu gün Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Makedoniyanın “Metallurq” komandasına qarşı keçirəcəyi oyun haqda fikirlərini bildirib. O, Avropada zəif rəqibin olmadığını, Makedoniya təmsilçisini ciddi qəbul etdiklərini sözlərinə əlavə edib: “Avropa Liqasına vəsiqə qazanan komandalar arasında zəif rəqib yoxdur. Belə baxanda, biz zəiflər sırasındayıq. Oyunun çox çətin olacağını düşünürəm. Ancaq “Qarabağ” komandası olaraq, bu rəqibi keçmək iqtidarındayıq. Rəqibimizi dəyərləndiririk. Hesab edirik ki, layiqli rəqibdir. “Metllaurq”u dəyərləndiririk ancaq gözümüzdə böyütmürük. Bugünkü oyunda ən böyük üstünlüyümüz mərhələ keçmək arzumuzun daha çox olmasıdır”.

0
0