Vaqif Cavadov “Tvente”də növbəti qolunu derbidə vurdu
01.07.2010 - 00:07
Vaqif Cavadov “Tvente”də növbəti qolunu derbidə vurdu
Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovun çıxış etdiyi Hollndiyanın “Tvente” klubu növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, yeni mövsümə hazırlaşan Hollandiya çempionu Enshedenin digər təmsilçisi “SC Enshede” ilə görüşüb. Cavadovun komandası derbi matçını 5:1 hesablı qələbə ilə bitirib.

“Tvente”nin baş məşqçisi Mişel Pryudom bu dəfə Vaqifi start heyətində meydana buraxmayıb. 21 yaşlı hücumçumuz yalnız 59-cu dəqiqə Reymerinki əvəzləyib. Cəmi 31 dəqiqə oynamasına baxmayaraq Vaqif növbəti qoluna imza atıb. O, matçın 85-ci dəqiqəsində qarşılaşmanın sonuncu qolunun müəllifi olub.

Qeyd edək ki, bu ilin yanvarından “Tvente”də olan Cavadov 6 ay heyətə düşə bilməsə də son iki yoxlama oyununda 3 qol vurub. O, bir neçə gün əvvəl “Hengelo” üzərində darmadağına (17:0) iki qolla töhfə vermişdi.