“Xəzər-Lənkəran”ın oyununda texniki problem
01.07.2010 - 00:38
“Xəzər-Lənkəran”ın oyununda texniki problem
Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Olimpiya” – “Xəzər-Lənkəran” oyunu canlı yayımlanmayacaq. Apasport.az saytının məlumatına görə, Moldova təmsilçisinin ev oyununun televizya ilə göstərilməsində problem yaranıb. Qarşılaşmanı yayımlamalı olan “Moldova-1” kanalı lənkəranlıların oyununu yalnız videoyazı şəklində tamaşaçılarına nümayiş etdirəcək. Buna texniki problemlərin yaranması səbəb olub. Matçın videoyazısı Bakı vaxtı ilə saat 01:10-da başlayacaq.

Beləliklə, “Xəzər-Lənkəran”ın oyunu yalnız sports.md internet saytında canlı yayımlanacaq. Görüşün epizodlarını onlayn şəkildə yazmaqdan imtina edən moldovalı həmkarlarımız matçın Moldovadan kənarda yayımına da icazə verib. Əvvəlcədən bu yayımın yalnız Moldovaya şamil olunacağı bildirilsə də, artıq azərbaycanlı azarkeşlər də bu sayt vasitəsilə matça baxa biləcək.

Qeyd edək ki, “Olimpiya” – “Xəzər-Lənkəran” matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.