“Liverpul” Şahin Diniyevin üzdüyü baş məşqçini seçdi
01.07.2010 - 14:27
İngiltərənin “Liverpul” klubunun yeni baş məşqçisinin adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, ölkənin ən çox çempionluq qazanan komandası yerli mütəxəssis Roy Hocsonun təyinatını rəsmən elan edib.
63 yaşlı mütəxəssis bu postda İtaliyanın “İnter” klubuna gedən ispan həmkarı Rafael Benitesi əvəzləyib. Son illərdə Londonun “Fulhem” klubunu uğurla çalışdıran Hocsonla 3 illik müqavilə imzalanıb. Ona yeni transferlər üçün 15 milyon funt sterlinq ayrılacaq.
Qeyd edək ki, Hocsonun məşqçilik karyerasında ən pis nəticələrdən biri Finlandiya yığmasının çalışdırıcısı kimi milli komandamıza uduzması olub. Bu, finlərin 2007-ci ilin martında Şahin Diniyevin çalışdırdığı yığmamıza Bakıda 0:1 hesablı məğlub olduqları rəsmi oyundur.

- Salah matçın ən yaxşısı seçildi - Misir 1/8 finala yüksəldi
- Alfaro Fransanı tufana bənzətdi - “İldırımdan necə qorunacağımızı tapmalıyıq”
- Fatih Tekke Buaddiyə heyran qaldı - Qiymətini görüb zarafata saldı
- UEFA-dan yeni qərar - Ağzını bağlayan futbolçu qırmızı almayacaq
- Onana yenidən Türkiyə klubunda - “Mançester Yunayted” açıqladı
0
0