Fərid Quliyev: Bunu deyənlər çox düşüncəsiz insanlardır
01.07.2010 - 14:51
Fərid Quliyev: Bunu deyənlər çox düşüncəsiz insanlardır
“Bunu deyənlər çox düşüncəsiz insanlardır. Bəs ilk “altılıq”da vurduğum qolları kimin ayağına yazaq?”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi”nin klubunun yeni transferi Fərid Quliyev deyib.

Son mövsümdə “Standard”ın heyətində vurduğu 16 qolla çempionatın bombardiri olan 24 yaşlı hücumçu komandası birinci diviziona düşdüyündən, onunla yollarını ayırıb. Yığmamızın da üzvü olan Fərid “Neftçi”nin heyətində bu gün Avstriyaya təlim-məşq toplanışına yollanıb. Maraqlıdır ki, Quliyevin bombardir olması birmənalı qarşılanmamışdı. Lakin o, haqqında səsləndirilən bəzi fikirlərin düzgün olmadığını bildirib: “Əgər həmin qolları vurmasaydım, bombardir ola bilməzdim. Güclü komandaların - “İnter”, “Bakı”, “Neftçi”nin qapısına qol vurmuşam. Bəs bunu niyə demirlər?”