“Bakı”nın rəqibi “yatıb”
01.07.2010 - 15:08
Avropa Liqasının II təsnifat mərhələsində “Bakı”nın rəqibi olan Çernoqoriyanın “Buduçnost” klubu “yay yuxusu”ndan ayılmaq qərarına gəlib. Apasport.az saytının məlumatına görə, yeni mövsümün hazırlıqlarına indiyədək başlamayan Podqoritsa təmsilçisi yay istirahətinə nəhayət ki, son qoyub. Çernoqoriyalılar qarşıdakı mövsümlə bağlı planlara həsr olunan mətbuat konfransı keçiriblər.
“Buduçnost”un direktoru Vladimir Bulatoviç “Bakı” ilə qarşılaşmalara hazırlıq haqda planları açıqlayıb: “Cümə günü - iyulun 3-də komandamız təlim-məşq toplanışına başlayır. İyulun 13-dək davam edəcək hazırlıqlar əvvəl Podqoritsa, sonra Zlatiborda keçiriləcək. Ayın 14-də Avropa Liqasında ilk matçımızı oynamaq üçün Bakıya yollanacağıq. Azərbaycan təmsilçisi ilə səfərimizin ertəsi gün görüşəcəyik”.
Qeyd edək ki, “Bakı” və “Buduçnost” iyulun 15-də Bakıda, bir həftə sonra Podqoritsada qarşılaşacaqlar.

- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
- Okan Buruk: “Fənər”ə qarşı planlarımız həmişə işə yarayıb”
0
0