FİFA Nigeriyaya 48 saat vaxt verdi
02.07.2010 - 15:18
FİFA Nigeriyaya 48 saat vaxt verdi
FİFA Nigeriya prezidenti Qudlak Conatanın yığma komandalarının beynəlxalq oyunlarda iştirakına qadağa qoymasına rəsmi münasibət bildirib. Apasport.az saytının məlumatına görə, beynəlxalq futbol qurumunun baş katibi Jerom Valke ölkə rəhbərliyinin Futbol Federasiyasına müdaxiləsinin davam edəcəyi halda, onları cəzalandıracaqlarını açıqlayıb.

Valke bildirib ki, bununla bağlı Nigeriyaya xəbərdarlıq məktubu göndərilib və səhvlərin düzəltmək üçün 48 saat vaxt verilib: “Nigeriya Futbol Federasiyasını diskvalifikasiya gözləyir. Hökumətin futbola müdaxiləsi düzgün deyil və onlara bu işdən əl çəkmək üçün 48 saat vaxt vermişik. Bir daha təkrarlayıram ki, heç bir ölkədə federasiyanın fəaliyyətinə başqa qüvvələr müdaxilə edə bilməzlər. Bu yolverilməzdir”.

Qeyd edək ki, Conatan Nigeriya futbolçuları dünya çempionatında zəif çıxış etdiyi üçün onların beynəlxalq arenada çıxışlarına 2 il qadağa qoyub.