“Elit məşq”
02.07.2010 - 14:59
“Elit məşq”
AFFA-nın Futbol akademiyasında “Elit məşq” layihəsinə həsr olunmuş mətbuat konfransı keçiriləcək. Apasport.az saytının məlumatına görə, iyulun 5-də keçiriləcək tədbir saat 13:00-da başlayacaq.

Bundan əlavə, tədbirdə AFFA-nın Texniki direktoru Bernard Lippert də iştirak edəcək. Almaniyalı mütəxəssis son 2 il ərzində ölkəmizdə uşaq futbolunun inkişafı ilə bağlı görülmüş işlər haqda məlumat verəcək. Lippert həyata keçirilməsi planlaşdırılan layihələri də açıqlayacaq.

Mənbə: affa.az