“Çelsi”nin hədəfi: Kaka və Torres!
06.07.2010 - 14:14
“Çelsi”nin hədəfi: Kaka və Torres!
“Çelsi” heyətini iki ulduz futbolçu ilə gücləndirə bilər. Apasport.az-ın xəbərinə görə, London təmsilçisi “Liverpul”un ispaniyalı hücumçusu Fernando Torres və Madrid “Real”ın braziliyalı yarımmüdafiəçisi Kakanı sıralarına qatmağa hazırlaşır.

Baş məşqçi Karlo Ançellotinin qarşısına Çempionlar Liqasında uğurlu çıxış etmək məqsədi qoyan “Çelsi”nin prezidenti Roman Abramoviçin bunun üçün heç bir fədakarlıqdan çəkinmədiyi bildirilir. İngiltərə mətbuatının yaydığı xəbərə əsasən, klub rəhbəri Kaka üçün 75, Torres üçün isə 80 milyon avro ödəməyə hazırdır.