“Milan”ın seleksiyaçısı “Neftçi”nin oyununu izlədi
06.07.2010 - 15:32
“Milan”ın seleksiyaçısı “Neftçi”nin oyununu izlədi
İtaliyanın məşhur “Milan” komandasının seleksiyaçısı Lui Komisso “Neftçi” klubunun oyununu izləyib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən xəbərinə görə, Komisso Avstriyada təlim-məşq toplanışında olan komandaların oyunlarını izləyir və istedadlı futbolçuları gözaltı edir. İtaliyalı bu məqsədlə “Neftçi” - “Beşiktaş” yoldaşlıq görüşünü də izləyib. O, hər iki komandanın heyətindəki gənc oyunçuların nəyə qadir olduğunu nəzərdən keçirib.