“Olimpiya” Lənkərana çatdı
06.07.2010 - 16:04
“Olimpiya” Lənkərana çatdı
Avroliqanın I təsnifat mərhələsində “Xəzər-Lənkəran”ın rəqibi olan Moldovanın “Olimpiya” klubu Azərbaycana gəlib. Apasport.az saytının məlumatına görə, Beltsı təmsilçisi bu gün səhər Kiyev-Bakıya hava reysi ilə paytaxtımıza təşrif buyurub.

Dərhal Lənkərana yollanan moldovalılar onlar üçün ayrılan bazada ilk məşqini keçirəcək. Rəqib sabah günün ilk yarısında nəzəri məşğələ keçəcək, axşam saatlarında yenidən Lənkəran stadionunda məşq edəcək.

Qeyd edək ki, səfərdə qolsuz heç-heçə edən “Xəzər-Lənkəran” “Olimpiya” ilə cavab oyununu iyulun 8-də saat 21:00-da keçirəcək.