“Biz kəmiyyətə deyil, keyfiyyətə üstünlük veririk”
07.07.2010 - 11:11
“Transfer çalışmalarımız hələ başa çatmayıb. Məşqçilər korpusu axtarışlarını davam etdirir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib.
Ölkəmizi Avropa Liqasında təmsil edən cənub təmsilçisi heyətini gücləndirməyi də yaddan çıxarmayıb. Hazırda bu sahədə işlərini davam etdirən “ağ-yaşılar” keyfiyyəti ön planda saxlayır: “Ümumiyyətlə, “Xəzər-Lənkəran” mövsümlərarası fasilədə transfer bazarının ən fəallarından idi. Sadəcə, biz bəzi klublar kimi kəmiyyətə deyil, keyfiyyətə üstünlük veririk. Yəni, komandanı gücləndirə biləcək oyunçuların keçidində maraqlıyıq. Hazırda məşqçi korpusu axtarışlarını davam etdirir. Komandaya xeyir verəcək oyunçu olacağı halda, keçidinə çalışacağıq”.
Nadirov Vurğun Hüseynovun keçidi ilə bağlı məsələyə də aydınlıq gətirib: “Turan” rəhbərliyi ilə danışıqlar davam edir. Əvvəlki rəhbərliklə ortaq məxrəcə gəlmişdik. Lakin sonradan klub rəhbərliyində dəyişiklik oldu. Yeni rəhbərlik oyunçunun “Turan”la müqaviləsi olduğuna görə, komandada qalmasını istəyir. Hələlik razılıq əldə edilməyib. Ancaq bu istiqamətdə fəaliyyətimiz davam edir. Vurğun gənc, perspektivli futbolçudur. Bu gün yığmanın toplanışına da dəvət olunur. Biz onun gələcəyini nəzərə alıb, inkişaf etməsini, daha güclü klubda oynamasını istəyirik. Düzdür, futbolçunu “Turan” yetişdirib. Əlbəttə, o öz klubuna da xeyir verməlidir. Hələlik məsələ tam həllini tapmayıb. Qarşıdakı günlərdə hər şey dəqiqləşəcək”.

0
0