“Qarabağ” II mərhələnin astanasında, “Xəzər-Lənkəran” tarixi qələbəyə doğru
07.07.2010 - 13:05
Sabah Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində cavab oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, baş tutacaq görüşlərdən sonra turnirdə qüvvəsini sınayan iki komandamız - “Qarabağ” və “Xəzər-Lənkəran”ın da taleyinə aydınlıq gələcək.
Ağdam təmsilçisi Makedoniyada “Metallurq”la, “Xəzər-Lənkəran” isə öz meydanında “Olimpiya” (Moldova) ilə qarşılaşacaq. Əslində, “Qarabağ”ın ilk oyunda 4:1 hesablı qələbəsini nəzərə alsaq, növbəti mərhələyə çıxmaq vəzifəsini böyük ölçüdə həll edib. Hər halda, Tofiq Bəhramov adına Respublika stadionundakı görüş qüvvələr nisbətini ortaya qoydu. Hansısa sensasiya baş verməzsə, Qurban Qurbanovun çalışdırdığı komanda mübarizəsini davam etdirəcək.
Düzdür, heyətindəki itkiləri “Qarabağ”ı qayğılandırmaya bilməz. Albaniyalı müdafiəçilər – Admir Teli cəza, Ansi Aqolli zədə üzündən heç Makedoniyaya aparılmayıb. Ayxan Abbasov da zədə üzündən Bakıda qalıb. Skopyeyə yollanan futbolçulardan Maksim Medvedevlə Samir Abasov da zədəlidir.
“Xəzər-Lənkəran” isə tarixi qarşılaşmaya çıxır. Ən azı ona görə ki, komanda müasir tələblərə cavab verən stadionunda ilk beynəlxalq oyununu keçirəcək. Cənub təmsilçisi indiyədək qitə miqyaslı qarışlarda rəqiblərini Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda qəbul etməli olurdu ki, bu da Lənkəranda beynəlxalq hava limanının olmamağı ilə bağlı idi. Bu səbəbdən UEFA “Xəzər-Lənkəran” öz arenasında oynamağa icazə vermirdi. Artıq bu problem aradan qalxıb və “siftə” Azərbaycan yığmasının ötən ilin sentyabrında Finlandiyaya 1:2 hesabı ilə uduzduğu rəsmi oyunda oldu. Tale elə gətirdi ki, ilk qələbəni qazanmaq şansı məhz doğma komandaya düşüb. Bu, eyni zamanda 2004-cü ilin yayında yaradılan “Xəzər-Lənkəran”ın avrokuboklarda ilk qələbəsi olacaq. Lənkəranlılar avrokuboklarda 8-ci oyunda buna nail olmaqla, nəhayət, mərhələ keçəcək.
“Qarabağ” kimi, “Xəzər-Lənkəran”ın da cavab görüşü öncəsi heyətlə bağlı problemləri var. Baş məşqçi Ağasəlim Mircavadov braziliyalı yarımmüdafiəçilərdən zədəli Kristian Kabralın xidmətindən istifadə edə bilməyəcək, Dieqo Qusmao ailə problemləri ilə əlaqədar vətənindən yeni qayıdıb və oyuna hazır deyil. Mircavadovun komandası səfərdə qolsuz heç-heçə etdiyindən, evdə qapısının toxunulmazlığına xüsusi fikir verməlidir. Yəni, moldovalılar Lənkəranda qol vuracaqları halda, cənublular bunun cavabını ikiqat verməlidirlər. “Olimpiya”nı istənilən qollu heç-heçə də növbəti mərhələyə çıxaracaq. Deməli, “Xəzər-Lənkəran” yalnız qələbə sayəsində növbəti mərhələdə Buxarestin “Dinamo” klubu ilə görüşmək hüququ qazanacaq.
Qeyd edək ki, “Qarabağ” II mərhələdə “Skonto” (Latviya) – “Portadaun” (Şimali İrlandiya) cütünün qalibi ilə görüşəcək.
Mehman SÜLEYMANOV

0
0