“Azərbaycanda futbolun inkişaf etdiyini danmaq haqsızlıqdır”
07.07.2010 - 13:20
Çempionlar Liqasında Bakının “İnter” klubu ilə qarşılaşacaq Polşanın “Lex” komandasının futbolçusu Bartoz Bosaçkinin müsahibəsi
- “Lex” növbəti mərhələyə vəsiqə qazanarsa, daha güclü rəqiblərlə qarşılaşmaq ehtimalı var. Komandanızın növbəti mərhələyə vəsiqə qazanmaq şansını necə dəyərləndirirsiniz?
- İlk oyunadək 1 həftə vaxtımız var. Bundan maksimum istifadə edib, tam hazır vəziyyətə gəlməliyik. Hazırkı heyətlə pis təsir bağışlamırıq. Gözə xoş gələn futbol nümayiş etdiririk. Xüsusən, “Dinamo”ya uduzduğumuz görüşdə 30 dəqiqə əla oynadıq. Hamı biri-birini yaxşı başa düşürdü. Bu hazırlıq mərhələsində ilk məğlubiyyətimiz olduğu üçün bizi yuxudan ayıltdı. Məncə, “İnter”lə matçadək yüz faiz yox, 110 faiz hazır olacağıq.
- “Lex” transfer dövründə heyətinə iki futbolçu qatdı: Yasek Enayi və Artur Vişneyarek. Necə düşünürsünüz, Artur Vişneyarek komandaya böyük fayda verə biləcəkmi?
- Artur özünü təsdiqləmiş futbolçudur. Amma hər bir futbolçunun səhv etmək ehtimalı var. Komandaya yeni qoşulub. Belə böyük transfer gerçəkləşdirmək, heç də asan deyil. Artur təcrübəli futbolçu olduğundan, komandamız üçün böyük qazancdır.
- 2010-2011-ci il mövsümündə ilk rəqibiniz Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “İnter” olacaq. Rəqib haqda yetərincə məlumat toplamısınızmı?
- Məncə, rəqib haqda geniş məlumatın olub və ya olmamasının elə bir əhəmiyyəti yoxdur. Çünki komandamızın gücünə bələdəm. Məşqçilərimiz Riçard Kuzma və Andrey Yuskoviak “İnter” haqda lazım olan məlumatları toplayıblar və bizimlə söhbətlərində həmin məlumatları çatdırıblar. Bir-iki oyunlarını izləmişəm. İlk oyundan sonra onlar haqda geniş məlumatımız olacaq.
- “İnter”in heyətində kifayət qədər legioner var. Yəni, zənn etdiyiniz qədər zəif komanda deyil...
- Son illərdə avrokuboklarda zəif komandanın olduğunu görməmişəm. “İnter” də son vaxtlar futbola yatırım edən komandadır. Ümumiyyətlə, son illərdə Azərbaycan futbolunun inkişaf etdiyini danmaq haqsızlıq olar. “İnter” keçilməyəcək rəqib deyil. Bizim məqsədimiz qrup mərhələsinə vəsiqə qazanmaqdır. Ona görə də qələbə qazanmaqdan başqa çarəmiz yoxdur. Ancaq unutmayaq ki, bu futboldur. Hər nəticə qeydə alına bilər.
- İlk oyunun səfərdə olmasını “İnter” üçün üstünlük hesab etmək olarmı?
- Bu barədə nəsə demək çətindir. Qələbə qazanmaq üçün daha çox istəmək və arzulamaq lazımdır. Həm ilk, həm də səfər qarşılaşmasında qələbə qazanmaq üçün mübarizə aparacağıq. Əgər Bakıdakı oyunda istədiyimiz nəticəni əldə edə bilməsək, cavab qarşılaşması bizim üçün intiqam görüşü olacaq.
Mənbə: “Lex”in saytı

0
0