“Xəzər-Lənkəran” və Mircavadov: eyni ssenari, qələbə həsrəti
09.07.2010 - 10:28
“Xəzər-Lənkəran” klubunun və istefa verən baş məşqçisi Ağasəlim Mircavadovun avrokuboklarda qələbə həsrəti davam edir. Apasport.az saytının hesablamalarına görə, 63 yaşlı mütəxəssis artıq 5 ildir qitə miqyasında qələbə qazana bilmir. Təcrübəli çalışdırıcı sonuncu dəfə 2005-ci ilin yayında - “Neftçi”ni çalışdırarkən Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsində Bakıda Belçikanın “Anderlext” klubuna qalib gəlib – 1:0. Ancaq flaqman səfərdə ilk görüşdə 0:5 hesabı ilə uduzduğundan, mərhələ keçə bilməmişdi.
ÇL-də Latviya “Skonto”sunu mübarizədən kənarlaşdırmaqla ilk mərhələ keçən (2000-ci ildə) məşqçimiz kimi tarixə düşən Mircavadov sonuncu dəfə elə həmin turnirdə “Neftçi” ilə növbəti mərhələyə adlayıb. “Xəzər-Lənkəran”ın avrokuboklarda son üç mövsümdə sükanı arxasında olan məşqçi ÇL-də Zaqreb “Dinamo”su (evdə 1:1, səfərdə 1:3), UEFA kubokunda Polşa “Lex”i (evdə 0:1, səfərdə 1:4), Avroliqada Moldova “Olimpiya”sı (səfərdə 0:0, evdə 1:1) ilə bacarmadı. “Xəzər-Lənkəran” avrokuboklarda keçirdiyi 8 oyunda nəinki mərhələ keçib, heç qələbə qazana bilməyib. Bu uğursuz seriya güclü olmayan rəqiblə görüşdə də davam etdi.
Digər məqam növbəti dəfə avrokuboklarda uğursuz nəticədən dərhal sonra Mircavadovun istefa verməsidir. O, hələ “Şəmkir”i çalışdırdığı zaman 2001-ci ilin yayında ÇL-in I təsnifat mərhələsində Uelsin “Barri Taun” klubuna Bakıda 0:1 hesablı məğlubiyyətdən sonra postundan getdi və üç ildən artıq işsiz qaldı. Mircavadovun “Xəzər-Lənkəran”dan ilk gedişi yayda qitə miqyaslı turnirdə olmuşdu. Baş məşqçi iki il öncə “Lex”ə səfərdə böyük hesabla uduzandan sonra da istefa vermişdi. “Xəzər-Lənkəran” avrokuboklarda yoluna bir ildən sonra geri qaytardığı Mircavadovla davam etdi və yenə eyni ssenari təkrar olundu.
Mehman SÜLEYMANOV

0
0