“Bakı” almanlarla heç-heçə oynadı
09.07.2010 - 11:35
Azərbaycan kubokunun son qalibi olan “Bakı” klubu Avroliqaya hazırlıq çərçivəsində Almaniyada təlim-məşq toplanışını başa vurub. Apasport.az saytının məlumatına görə, Vinfred Şaferin baş məşqçisi olduğu komanda son yoxlama oyununu II Bundesliqa təmsilçisi “SV Alemaniya” klubu ilə keçirib və 3:3 hesablı heç-heçə edib.
“Bakı”dan qol vuranlar yeni transfer Emin Cəfərquliyev, Əziz Quliyev və Stevan Bates vurub. Şaferin yetirmələri Almaniyada keçirdikləri iki həftəlik toplanışda keçirdikləri 4 yoxlama oyununda uduzmadı. Görüşlərdən ikisi “Bakı”nın qələbəsi ilə nəticələndi, iki oyun isə sülhlə bitdi. Təmsilçimiz bu gün axşam saatlarında vətənə dönərək, son məşqlərini Bakıda keçirəcək.
Qeyd edək ki, “Bakı” Avroliqada II təsnifat mərhələsində Çernoqoriyanın “Buduçnost” klubu ilə ilk oyunu iyulun 15-də evdə keçirəcək.

0
0