Azərbaycan futbolçuları Çexiyanı məğlub etdi
11.07.2010 - 14:49
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Emil Cabbarovun yetirmələri dünya çempionatının seçmə mərhələsi çərçivəsində Çexiya yığması ilə qarşılaşıblar.
Futbolçularımız bu görüşdə 5:4 hesabı ilə qalib gəliblər. Komandamızın qollarını Hikmət Bağırov və Zeynal Zeynalov vurublar. Onlar müvafiq olaraq het-trik və dubla imza atıblar.
Qeyd edək ki, seçmə turniri İtaliyanın Bibiano şəhərində təşkil olunub.

0
0