“Ən pis halda, Şimali İrlandiyadan sərfəli nəticə ilə dönməliyik” - MÜSAHİBƏ
11.07.2010 - 17:10
Ağdamın “Qarabağ” klubunun futbolçusu Emin İmaməliyevin apasport.az saytına müsahibəsi
- Ötən il olduğu kimi, Avropa Liqasının I mərhələsini məğlub olmadan keçdiniz. Makedoniyanın “Metallurq” klubu ilə cavab oyunu barədə nə deyə bilərsiniz?
- Birinci oyunda böyük hesablı qələbə qazanmağımıza baxmayaraq, səfərdəki qarşılaşma çətin keçdi. Əslində, qələbə də qazana bilərdik. Hesabı biz açdıq, ancaq bu üstünlüyümüzü final fitinə qədər qoruya bilmədik. Əsas mərhələ adlamaq idi ki, bunu da bacardıq.
- Ardıcıl ikinci oyunda da fərqlənməklə, komandanızın uğurunda mühüm pay sahibi oldunuz...
- Bu tək mənim əziyyətim deyil. Futbol kollektiv oyundur. Əsas komandanın uğur qazanması idi. Buna da nail olduq.
- II mərhələdəki rəqibiniz Şimali İrlandiya təmsilçisi “Portadaun” olacaq. Bu komanda haqqında lazımi informasiya toplamısınızmı?
- Yəqin bu gün və ya sabah onların oyununun videoyazısına baxacağıq. Hələlik isə hər hansı informasiyaya malik deyilik.
- Əksəriyyət “Qarabağ”ın bu komandanı hər iki oyunda məğlub edəcəyini düşünür. Bu fikirlə razısınızmı?
- Elə deməzdim. Avrokuboklarda zəif rəqib yoxdur. Bəlkə də elə ən zəif komanda özümüzük. Təbii ki, birinci oyundan ağır olacaq. Səfərdə əzmkarlıq nümayiş etdirməliyik. İmkan daxilində qələbə qazanmalıyıq. Ən pis halda, Bakıya sərfəli nəticə ilə dönməliyik. Bilirsiniz, bu gün “Qarabağ” tam gücü ilə mübarizə apara bilmir. Məşqlərə gec qoşulanlar, eləcə də zədəli və cəzalı olan futbolçularımız var. “Qarabağ” bu gün 70 faiz gücü ilə mübarizə aparır. Buna baxmayaraq, uğur qazanmağa çalışacağıq. Mübariz komanda olduğumuzu sübut edəcəyik.
- Oyuna hazırlıq necə gedir?
- Əvvəlki oyunlara necə hazırlaşırdıqsa, bu qarşılaşmaya da eyni tempdə hazırlaşırıq. Gündə 2 dəfə məşq edirik. Məşqlərimizi Suraxanı qəsəbə stadionunda keçiririk.
- Admir Telinin oynamamağı hər hansı problem yarada bilərmi?
- İnanmıram. Çünki bu gün komandada onu layiqincə əvəzləyən oyunçular var.
- Ümumiyyətlə, “Qarabağ”ın heyətini avrokubok oyunları üçün yetərli sayırsınızmı?
- Mövsümlərarası fasilədə 3 futbolçu transfer olunub. Artıq Andrey Rubin də bizimlə hazırlaşır. Məncə, çətin olmayacaq. Əsas komandanın oyuna hazır olmasıdır. Mehriban kollektivimiz var. Birlik olan yerdə də uğur qazanmaq olar.
- Hücum xəttinin zəif təsir bağışlaması sizi narahat etmir?
- Ön xətdə Rauf Əliyev, Vüqar Nadirov, Georgi Adamiya kimi oyunçularımız var. Futbolda hər şey birdən birə düzəlmir. Tədricən Rauf da qol vurmağa başlayacaq. Bir qədər səbirli olmaq lazımdır.

0
0