İlia Kandelaki: “Lex” güclü komanda olduğunu sübut edib
11.07.2010 - 18:38
“Komandamızda əla əhval-ruhiyyə var. Mən də yeni gəlməyimə baxmayaraq, komandaya tam uyğunlaşmışam”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun yeni transferi İlia Kandelaki deyib.
Avstriyanın “Şturm” klubundan transfer olunan təcrübəli müdafiəçi “İnter”ə gəlməzdən əvvəl Azərbaycan futbolu haqda geniş məlumatı olmadığını bildirib: “Sözün açığı, elə də geniş məlumatım yox idi. Burada çıxış edən gürcüstanlı futbolçular vasitəsi ilə informasiya topladım. Ancaq bu vaxta qədər demək olar ki, Azərbaycan futbolu haqda heç nə bilmirdim”.
Təmsilçimizin Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşacağı Polşa çempionu “Lex”in güclü komanda olduğunu deyən Kandelaki “İnter”in şansını dəyərləndirib: “Lex” Polşa çempionu olaraq güclü komanda olduğunu sübut edib. Asan oyun olmayacaq. Məncə, hər iki komandanın mərhələ keçmək şansı var. Düşünürəm ki, ən az səhv edən komanda adını növbəti mərhələyə yazdıracaq”.

0
0