“Bakı” növbəti qələbəsini qazandı
12.07.2010 - 08:27
Yeni mövsümün hazırlıqlarını davam etdirən “Bakı” və “Olimpik-Şüvəlan” klubları yoxlama oyununda qüvvələrini sınayıblar. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçiləri Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gəliblər.
Avropa Liqasının II təsnifat mərhələsində mübarizə aparacaq “Bakı” məhsuldar keçən oyunda qələbə qazanıb – 4:3. Vinfred Şaferin komandasında qolları Aleksandar Soliç, Adnan Bərəkət, Joel Epalle və Anqulo Jefferson vurublar. Olimpik-Şüvəlan“ın heyətində isə Lavet Abidun, Tərlan Xəlilov və Viktor İbekoyi fərqləniblər.

0
0