Mahir Şükürova “5” verdilər
12.07.2010 - 09:05
Mahir Şükürova “5” verdilər
Azərbaycan yığmasının futbolçusu Mahir Şükürovun heyətində yer aldığı Rusiyanın “Anji” klubu Rusiya Premyer Liqasında növbəti məğlubiyyətini alıb. Apasport.az saytının məlumatına görə, Mahaçqala təmsilçisi “Zenit”lə olduğu kimi Moskva “Lokomotiv” ilə səfər oyununda da 1:2 hesabı ilə uduzub.

Oyunda qələbə topunu Premyer Liqanın bombardiri olan həmyerlimiz Aleksandr Əliyev vurub. Onun ilk qolda da məhsuldar ötürmə verdiyini nəzərə alsaq, görüşün qəhrəmanı saymaq olar. Oyunda 90 dəqiqə meydanda olan Mahir rusiyalı həmkarlarımızdan 5 bal alıb. Şükürov “Zenit”lə görüşdə olduğu kimi, “Anji”nin heyətində ən aşağı bal alan futbolçulardan olub.