Vaqif Cavadovun komanda yoldaşına heykəl qoyuldu
12.07.2010 - 11:10
Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadovun Hollandiyanın “Tvente” klubunda bir yerdə oynadığı Bleyza Nkufoya heykəl qoyulub.
Apasport.az saytının məlumatına görə, İsveçrə yığmasının heyətində DÇ-2010-da çıxış edən 35 yaşlı hücumçunun bürüncdən olan abidəsi klubun stadionu “Qrols Veste”nin qarşısında ucaldılıb. “Tvente”nin tarixinin bombardiri olan Nkufonun heykəli azarkeşlərə adət etdiyi pozada - əllərini yana açaraq növbəti qolu bayram etməsi şəklində olub. “Tvente”də 7 il çıxış edən Bleyza 223 oyunda 114 qol vurub. O, ötən il Avroliqada “Qarabağ”la evdə keçirdikləri oyunda da (3:1) fərqlənib.
Qeyd edək ki, bombardirə heykəl azarkeşlərin vəsaiti hesabına hazırlanıb. Nkufo mərasimə gələrək, heykəlin üzərindəki örtüyü açıb.

0
0