“Qarabağ”ın taleyi polşalılara tapşırıldı
12.07.2010 - 11:26
Ağdamın “Qarabağ” klubunun Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçirəcəyi cavab oyununun hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələrinin Şimali İrlandiyanın “Portadaun” klubu ilə Bakıdakı matçını polşalı hakimlər briqadası idarə edəcək. İyulun 22-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşmada Tomaş Mikulski fit çalacaq. “Qarabağ” - “Portadaun” oyunu saat 21:00-da başlayacaq.
Qeyd edək ki, Portadaun şəhərindəki “Şamrok Park” stadionunda keçiriləcək ilk matçı isə avstriyalı referi Oliver Draxta idarə edəcək. O, yığmamızın iyunun 2-də Hondurasla Avstriyada keçirdiyi yoxlama oyununda da fitini səsləndirib. Həmin vaxt Draxta Elnur Allahverdiyev, Amid Quluzadə və Samir Abbasova sarı, Saşa Yunisoğluna isə qırmızı vərəqə göstərmişdi. Bu futbolçulardan yalnız Abbasov yenidən avstriyalı referi ilə üz-üzə gələ biləcək.

0
0