“Olimpik-Şüvəlan” klubu rəsmən adını dəyişdi
12.07.2010 - 11:32
Bakının “Olimpik-Şüvəlan” klubu adının dəyişdirilməsi ilə bağlı Peşəkar Futbol Liqasına müraciət edib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin quruma ünvanlanan məktubunda klubu bundan sonra “AZAL” adlanacağı bildirilir.
“Olimpik-Şüvəlan” PFK-nın təsisçiləri və rəhbərliyinin ümumi qərarına əsasən klubun adı dəyişdirilərək “AZAL” PFK olub. Artıq bununla bağlı sənədlər də tərtib olunub və yaxın günlərdə qeydiyyat üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndəriləcək.
Mənbə: pfl.az

0
0