Mahir Şükürov Moskva “Spartak”ının sabiq futbolçusu ilə söyüşdü
12.07.2010 - 12:11
Rusiyanın “Anji” klubunda çıxış edən azərbaycanlı futbolçu Mahir Şükürov Rusiya Premyer Liqasının son turunda insidentin iştirakçısı olub. Apasport.az saytının məlumatına görə, 28 yaşlı yığma üzvü son turda Moskvanın “Lokomotiv” klubuna səfərdə 1:2 hesabı ilə uduzduqları görüşdə komanda yoldaşı Bai Kebe ilə söyüşüb.
Rusiyalı həmkarlarımızın yazdığına görə, Mahirlə vaxtilə Moskva “Spartak”ında oynayan seneqallı müdafiəçi buraxılan ilk topda səhvə yol verib. Onlar qoldan sonra bir-birini günahlandırdıqları zamanı təhqirlərdən də çəkinməyib.
Qeyd edək ki, rus həmkarlarımız Kebeyə oyununa görə 5,5, Şükürova 5 bal verib.

0
0