Yoahim Löv Azərbaycan qarşısına prezident ordeni ilə çıxacaq
12.07.2010 - 12:28
Yoahim Löv Azərbaycan qarşısına prezident ordeni ilə çıxacaq
Almaniya yığmasının baş məşqçisi Yoahim Löv yüksək mükafata sahib çıxıb. Apasport.az saytının məlumatına görə, 49 yaşlı alman mütəxəssis ölkə prezidenti Kristian Vulfun sərəncamı ilə “Almaniyanın qarşısında xidmətlərinə görə” ordeninə layiq görülüb.

Bununla da Almaniyanın rəhbərliyi yığmanın DÇ-2010-da yüksək nəticəsini qeyd etmək istəyib. Buntestim 4 il öncə olduğu kimi, mundialın bürünc medalını qazanıb.

Qeyd edək ki, Almaniya Futbol İttifaqının yeni iki illik müqaviləsini qəbul edən Löv Avro-2012-in seçmə mərhələsində ilk oyununu bu ilin sentyabrın 7-də evdə yığmamızla keçirəcək.