Polşalı FİFA hakimi hər yay Bakıya gəlir
12.07.2010 - 13:14
Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Portadaun” oyununu idarə edəcək polşalı FİFA hakimi Tomaş Mikulski üçün Bakı səfərləri ənənə halını alıb. Apasport.az saytının məlumatına görə, ağdamlıların Şimali İrlandiya təmsilçisi ilə ev qarşılaşmasının baş hakimi ardıcıl üçüncü dəfə ölkəmizə yay səfərini gerçəkləşdirəcək.
Artıq 15 ildir FİFA hakimi olan 45 yaşlı Mikulski hazırda UEFA-nın hakimlər üçün III kateqoriyasına daxildir. Polşalı uzun müddətli idarəçiliyi dövründə iki dəfə komandalarımızın oyununda fit çalıb.
Maraqlıdır ki, Mikulski hər iki halda təmsilçilərimizin avrokubokların təsnifat mərhələlərinin Bakıdakı matçlarında söz sahibi olub. 2008-ci ildə Çempionlar Liqasının iyulun 29-da baş tutan qarşılaşmasında o, “İnter”in Serbiya çempionu “Partizan”la matçında (1:1) iş başında olub.
Ötən yay avqustun 6-da isə Mikulskinin yolları “Qarabağ”la kəsişib. Həmin gün ağdamlılar Avropa Liqasının III təsnifat mərhələsinin Bakıdakı oyununda Finlandiyanın “Honka” klubu ilə görüşüblər. Polşalı hakim Elvin Məmmədov və Rəşad Sadıqovun qol vurduğu matçda Admir Teli, Elnur Allahverdiyev və Maksim Medvedevə sarı vərəqə göstərib. Bu futbolçulardan yalnız Elnur artıq “Qarabağ”da çıxış etmir.
Vüqar XEYRULLAYEV

0
0