“Lex” Bakıya sandıq-sandıq yeyib-içmək gətirir - FOTO
12.07.2010 - 13:38
“Lex” Bakıya sandıq-sandıq yeyib-içmək gətirir - FOTO
Çempionlar Liqasının II təsnifat mərhələsində Bakının “İnter” klubu ilə qarşılaşacaq “Lex” klubu Polşanı tərk edib. Apasport.az saytının məlumatına görə, Poznan təmsilçisi Bakı səfərinə böyük yüklə gəlir. Belə ki, sandıq-sandıq yükü olan Polşa çempionu Azərbaycanda qidalanmaq üçün yemək-içməyi də özü ilə gətirir.

Bir neçə saat əvvəl Poznandan yola düşən “Lex” Bakıya çatdıqdan sonra hava limanından birbaşa “Hyatt Recensy” otelinə yollanacaq. Nahar etdikdən sonra qısa istirahət edən polşalılar axşam saatlarında oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda məşq edəcək.

Qeyd edək ki, sabah keçiriləcək “İnter” - “lex” oyunu saat 20:00-da başlayacaq.