Andrey Rubin: “İnter”ə maddi məsələlərdə güzəştə getməliyəm
12.07.2010 - 14:20
“Artıq “Qarabağ”ın hazırlıq prosesində iştirak edirəm. Son klubum “İnter”lə demək olaraq ortaq məxrəcə gəlmişik. Sadəcə, məsələyə son nöqtə qoymaq qalır”. Bu fikirləri apasport.az saytına açıqlamasında “İnter”i Ağdamın “Qarabağ” klubuna dəyişən latviyalı futbolçu Andrey Rubin deyib.
Son iki mövsümdə çıxış etdiyi “bankirlər”i bu ayın əvvəlində tərk edən 32 yaşlı yığma üzvü “Qarabağ”ın Avroliqada Makedoniyanın “Metallurq” klubu ilə səfər oyunundan qayıdışını gözləyirdi. Ötən həftəsonu “İnter”in prezidenti Georgi Nikolovun da Bakıya dönüşündən sonra müəyyən məsələlərlə bağlı danışıqlar aparılmasına imkan yaranıb. Rubin yenə müqaviləsinin müddətinin bitdiyini iddia etsə də, başqa klubla sərbəst müqavilə bağlamaq imkanına malik olmadığını da gizlətmir: “İnter”dən tam ayrılmağımla bağlı hüquqi əngəllər var. İndi bununla bağlı danışıqlar gedir. Məni buraxmaq istəyirlər. Dediklərinə görə, müəyyən şərtləri qəbul etməyim lazımdır. Mən də transfer vərəqəmi tezliklə alıb, “Qarabağ”la müqavilə bağlamaq istəyirəm. Əsas problem maddi məsələlərlə bağlıdır. Bu, öz aramızda olan məsələ olduğundan tam açıqlaya bilmərəm. Onu deyə bilərəm ki, bir az güzəşt etməliyəm. “İnter”in mənə verməli olan məbləğin müəyyən hissəsindən imtina etsəm, problem qalmayacaq. Mən indi deyilən məbləğə razı olmasam da, danışıqlar nəticəsində ortaq məxrəcə gələ bilərik”.
Andrey transfer vərəqəsini alıb, “Qarabağ”la rəsmi müqavilə bağlamağı və Avroliqanın II təsnifat mərhələsində Şimali İrlandiyanın “Portadaun” klubu ilə oyunlara sifariş olunmasını istəyir: “Məsələ bu günlərdə həll olunmalıdır. Hər şey vaxtında həllini tapsa, əlbəttə, “Qarabağ”la səfərə çıxmağı çox istərdim. Ancaq hazırda yüz faiz hazır olduğumu deyə bilmərəm. Çünki zədədən sonra formamı bərpa etməyim, oyun praktikası qazanmağım lazımdır. Deyə bilmərəm ki, indi lazımi oyun göstərə bilərəm, ya yox”.
Mehman SÜLEYMANOV

0
0