“Bakı”nın rəqibi vətənə məğlub qayıdır
12.07.2010 - 14:28
“Bakı”nın rəqibi vətənə məğlub qayıdır
Avropa Liqasının II təsnifat mərhələsində “Bakı” ilə qarşılaşacaq Çernoqoriyanın “Buduçnost” klubu Sloveniyadakı təlim-məşq toplanışını başa vurub.

Apasport.az saytının məlumatına görə, yeni mövsümə Zlatibor şəhərində hazırlaşan Podqoritsa təmsilçisi sonuncu yoxlama oyununda “Sloboda” (Sevoyno) komandası ilə görüşüb. Bu qarşılaşmada əsasən gənclərə üstünlük verən çernoqoriyalılar 0:2 hesabı ilə uduzublar. Bununla da “Buduçnost” Podqoritsaya məğlub qayıtmalı olub.

Qeyd edək ki, “Bakı” və “Buduçnost” arasında ilk oyun iyulun 15-də keçiriləcək.