“Kənardan baxanda komandanın mühüm oyuna tam hazır olmadığı görünür”
12.07.2010 - 14:36
“Zədəm hələ tam sağalmayıb. Daha doğrusu, həkimlər komanda ilə birgə məşqlərə qatılmağıma icazə vermirlər”. Bu sözləri apasport.az saytına açıqlamasında ötən mövsümün sonlarına yaxın zədələnən “Bakı”nın müdafiəçisi Elvin Əliyev deyib.
Ayağında çat aşkarlanan Əliyev “Bakı”nın Almaniyadakı təlim-məşq toplanışına qatılsa da, orada yalnız fərdi məşqlərlə kifayətlənib: “Komandamızla birgə Almaniyaya mən də getmişdim. Hər gün fərdi şəkildə trenajor zalında məşq edirdim. Həkimlər iyulun 15-dən sonra kollektivlə hazırlığıma icazə verdiyindən, komanda ilə hazırlığa həmin vaxtda qoşulacağam”.
“Zolaqlılar”ın kapitanı Avroliqanın II təsnifat mərhələsində “Buduçnost”la oyuna da münasibət bildirib: “Mən komandanın içində deyiləm. Kənardan baxanda “Bakı”nın mühüm oyuna tam hazır olmadığı görünür. Heyətdə xeyli yeni oyunçular var. Onların bir-birinə uyğunlaşması üçün müəyyən vaxt lazımdır. “Olimpik-Şüvəlan”la oyun pis alınmadı. Ancaq çatışmazlıqların olduğu hiss olunurdu”.
Qeyd edək ki, “Bakı” və “Buduçnost” arasında ilk qarşılaşma iyulun 15-də paytaxtımızda keçiriləcək.

0
0